BAYRAQDAR MEDİA – Yozgatın əsrlərdən bəri qorunan ənənəvi yeməklərindən olan arabaşı bu dəfə Fransada yaşayan Çayıralan sakinlərini eyni süfrə ətrafında birləşdirəcək. Strasburq Çayıralan Mədəniyyət və Həmrəylik Dərnəyi tərəfindən ənənəvi olaraq təşkil edilən Arabaşı Gecəsinin altıncısı üçün hazırlıqlara başlanılıb.
Bu barədə yozgathabergazete.com saytı məlumat yayıb.
Bildirilib ki, tədbir 2027-ci il yanvarın 2-də, şənbə günü keçiriləcək. Görüşdə Strasburq və ətraf bölgələrdə yaşayan çayıralanlılar bir araya gələrək həm doğma yurd həsrətini azaldacaq, həm də Yozqatın mədəni irsini Avropada yaşadacaqlar. İştirakçılar ənənəvi arabaşı yeməyi ətrafında söhbətləşmək və doğma el-oba xatirələrini bölüşmək imkanı əldə edəcəklər.
Dərnəyin rəhbərliyi tədbirin həm mədəni dəyərlərin qorunması, həm də həmrəylik ruhunun gücləndirilməsi baxımından əhəmiyyətini vurğulayaraq bütün Çayıralan sakinlərini gecəyə dəvət edib. Dəvətdə birlik və qardaşlığın qorunması, ənənələrin gələcək nəsillərə ötürülməsi çağırışı yer alıb.






İlk şərhi yaza bilərsiniz