Prof. Dr. Tufan Gündüz TİKA-da “Qızılalma haradadır?” mövzusunda konfrans verib
BAYRAQDAR MEDİA – Türkiyə Əməkdaşlıq və Koordinasiya Agentliyində (TİKA) professor Tufan Gündüzün iştirakı ilə “Qızılalma haradadır?” adlı konfrans keçirilib. Tədbirdə Qızılalma anlayışının tarixi inkişafı, türk tarixindəki yeri və ictimai motivasiya baxımından əhəmiyyəti müzakirə edilib.
Bu barədə izmirmanset.com.tr saytı məlumat verib.
Məlumata görə, professor bildirib ki, Qızılalma yalnız coğrafi hədəf deyil, həm də tarixi ideal və ümumi məqsəd anlayışını ifadə edən simvoldur. Onun sözlərinə görə, türklər tarix boyu hərbi mübarizələrlə yanaşı, uzaq hədəflərə yönəlmək və geniş dünya təsəvvürünə malik olmaq xüsusiyyətləri ilə də seçiliblər.
Konfransda Qızılalma anlayışının tarixi mənbələrdəki izlərinə, xüsusilə XV əsrin ikinci yarısında yazılmış “Saltuknamə” əsərinə diqqət çəkilib. Fatih Sultan Mehmetin İstanbulun fəthi, Bursa və İstanbulun alınması Osmanlı dövlətinin siyasi və tarixi məqsədləri kontekstində dəyərləndirilib. Tədbirdə ortaq simvolların cəmiyyətin motivasiyasına təsiri, dövlətlərin siyasi gücünün və hədəflərinin ifadəsindəki rolu da müzakirə olunub.






İlk şərhi yaza bilərsiniz