Press "Enter" to skip to content

Qanunsuz qazıntılar mədəni irs və elmi bilikləri təhdid edir

Nazir vətəndaşları tarixi irsi qorumağa çağırıb

BAYRAQDAR MEDİA – Türkiyənin Mədəniyyət və Turizm naziri Mehmet Nuri Ersoy Türkiyənin minilliklərə söykənən mədəni irsinin qorunması istiqamətində işlərin qətiyyətlə davam etdirildiyini bildirib. O qeyd edib ki, qanunsuz qazıntılar nəticəsində zədələnən ərazilər və tapıldığı tarixi kontekstdən uzaqlaşdırılan artefaktlar tarixi əlaqələrə zərər vurur, elmi məlumatların geri qaytarılması mümkün olmayan şəkildə itirilməsinə səbəb olur.

Bu barədə adanagazetesi.com.tr saytı məlumat verib.

Məlumata görə, nazir mədəni sərvətlərin qanunsuz dövriyyəsinə qarşı təhlükəsizlik qüvvələri, gömrük orqanları və hüquq-mühafizə qurumları ilə birgə mübarizə aparıldığını vurğulayıb. Onun sözlərinə görə, diplomatik səylər, elmi araşdırmalar və beynəlxalq əməkdaşlıq nəticəsində bir sıra əsərlərin mənsub olduqları torpaqlara qaytarılması təmin edilib. Ersoy UNESCO-nun rəhbərliyi altında həyata keçirilən beynəlxalq təşəbbüslərə dəstək verdiklərini bildirib. O, mədəni irsin qorunmasında ölkələr arasında əməkdaşlığın və ortaq məsuliyyətin vacibliyini diqqətə çatdırıb.

Nazir vətəndaşları mədəni sərvətlərin qanunsuz dövriyyəsinə qarşı səssiz qalmamağa və tarixi irsi qorumağa çağırıb.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.