BAYRAQDAR MEDİA – Elm və təhsil naziri Emin Əmrullayev noyabrın 16-da Naxçıvana səfəri çərçivəsində muxtar respublikanın ümumi təhsil müəssisələrində çalışan bir qrup müəllimlə görüşüb.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Elm və Təhsil Nazirliyinin (ETN) mətbuat xidmətindən daxil olub.
Xəbərdə bildirilir ki, “görüş zamanı son illərdə ölkənin təhsil sistemində həyata keçirilən islahatlar, təhsilin məzmununun müasir çağırışlara uyğunlaşdırılması, müəllimlərin sertifikatlaşdırılması, peşəkar inkişaf imkanlarının genişləndirilməsi, işə qəbul, qiymətləndirmə və idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi istiqamətində görülən işlər və qarşıda duran hədəflər müzakirə olunub. E.Əmrullayev Naxçıvanda təhsilin inkişafı, təhsilin keyfiyyətinin yüksəldilməsi, şagirdlər üçün bərabər imkanların yaradılması və müasir dövrün təhsil sisteminin qarşısında qoyduğu tələblər barədə fikirlərini bölüşüb”.
Daha sonra xəbərdə, “görüşdə nazir müəllimlərin fikir və təkliflərini dinləyib, onları maraqlandıran sualları cavablandırıb. Görüş çərçivəsində 5 oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə təltif olunmuş Naxçıvan təhsil işçilərinə mükafatlar təqdim edilib. Çıxış edən müəllimlər öz növbələrində onlara göstərilən diqqətə və əməyə verilən qiymətə görə minnətdarlıqlarını bildirərək bu cür görüşlərin mövcud məsələlərin müzakirəsi və təcrübə mübadiləsi baxımından əhəmiyyətini vurğulayıblar” deyə qeyd edilir.
Sonda xatirə fotosu çəkdirilib.






İlk şərhi yaza bilərsiniz