BAYRAQDAR MEDİA – İğdır Universitetinin rektoru professor Ekrem Gürel İğdır Peşə Yüksekokulunun Aşpazlıq proqramının təcrübə sinfini ziyarət edərək tələbələrlə görüşüb.
Bu barədə universitetdən məlumat verilib.
Bildirilib ki, rektor, təcrübə mətbəxini gəzərək tələbələrin fəaliyyəti və tədris prosesi barədə müəllimlərdən ətraflı məlumat alıb. Tələbələrlə söhbət edən rektor peşə təhsilinin əhəmiyyətini vurğulayıb. Nəzəri biliklərin praktiki məşğələlərlə möhkəmləndirilməsinin tələbələrin gələcək karyerası və peşəkar inkişafı baxımından mühüm rol oynadığını bildirib.
Ekrem Gürel tələbələrin bacarıqlarının artırılması və tədris infrastrukturunun gücləndirilməsi istiqamətində işlərin davam etdiriləcəyini qeyd edib. O, müəllim və tələbələrə fəaliyyətlərində uğurlar arzulayıb.






İlk şərhi yaza bilərsiniz