Press "Enter" to skip to content

MN-in hərbi tibb heyəti Polşada

MN-in hərbi tibb heyəti Polşada

BAYRAQDAR MEDİA – Azərbaycan ilə Polşa müdafiə nazirlikləri arasında 2026-cı il üçün imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına uyğun olaraq Müdafiə Nazirliyinin (MN) Tibb İdarəsinin nümayəndə heyəti Polşada rəsmi səfərdə olub.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya MN-in mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “Polşa Milli Müdafiə Nazirliyinin Hərbi Tibb Xidməti Departamentində keçirilən görüşdə hərbi tibb sahəsində əməkdaşlığın genişləndirilməsi, birgə təlim və təhsil proqramları, elmi-tədqiqat layihələri və təcrübə mübadiləsi məsələləri müzakirə edilib. Səfər çərçivəsində nümayəndə heyəti Varşava Hərbi Tibb İnstitutunda, Lodz Hərbi Tibb Akademiyasında və Hərbi Aviasiya Təbabəti İnstitutunda olub. Görüşlər zamanı hərbi tibb kadrlarının hazırlanması, müasir tibbi infrastruktur, ixtisasartırma proqramları və aviasiya təbabəti sahəsində əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparılıb”.

Qeyd edək ki, səfər iki ölkənin hərbi tibb sahəsində əməkdaşlığının inkişafı, qabaqcıl təcrübənin öyrənilməsi və birgə layihələrin həyata keçirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.