Son yeniləmə: 17 Noyabr 2026
BAYRAQDAR MEDİA – 2027-ci ildə işsizlikdən sığorta fondunun gəlirlərinin 2026-cı ilin təsdiqlənmiş göstəricisindən 30,6 milyon manat və ya 12,8 faiz çox olmaqla 268,9 milyon manat, fondun xərclərinin isə cari ilin təsdiqlənmiş göstəricisindən 52,8 milyon manat və ya 19,8 faiz çox olmaqla 319,2 milyon manat həcmində olması proqnozlaşdırılır.
Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Milli Məclisin noyabrın 17-də keçirilən plenar iclasında sosial sahə ilə bağlı gələn ilin büdcə layihələri barədə məlumat verərkən bildirib.
Bu barədə nazirlikdən məlumat verilib.
Məlumata görə, nazir qeyd edib ki, gələn il işsizlikdən sığorta fondunun vəsaiti hesabına 444 min şəxsin aktiv məşğulluq tədbirlərinə cəlb olunması gözlənilir.
Nazir icbari tibbi sığorta fondunun 2027-ci il üçün gəlirlərinin 2026-cı il üzrə təsdiq olunmuş gəlirlərdən 281,2 milyon manat və ya 14,2 faiz çox olmaqla 2 milyard 257 milyon manat, fondun gələn ilki xərclərinin isə cari ilin təsdiqlənmiş göstəricisindən 358,7 milyon manat və ya 13,7 faiz çox olmaqla 2 milyard 980 milyon manat həcmində proqnozedildiyini bildirib.
O diqqətə çatdırıb ki, icbari tibbi sığorta sisteminin tam rəqəmsallaşdırılması, sığortaolunanların vahid elektron reyestrinin yaradılması, tibbi-ekspertiza prosesinin avtomatlaşdırılması, icbari tibbi sığorta sisteminin maliyyələşmə mexanizminin daha da gücləndirilməsi və keyfiyyətə əsaslanan tibbi xidmətlərin maliyyələşmə modelinin qurulması qarşımızda duran əsas vəzifələrdəndir.






İlk şərhi yaza bilərsiniz