Press "Enter" to skip to content

14 ölkənin mədəniyyəti bir araya gəlib

Son yeniləmə: 17 Noyabr 2026

BAYRAQDAR MEDİA – Yozgat Bozok Universitetində müxtəlif ölkələrdən olan tələbələrin iştirakı ilə “Mədəniyyətlərin fərqli dilləri: Qəhvə söhbətləri” adlı tədbir keçirilib.

Bu barədə universitetdən məlumat verilib.

Bildirilib ki, görüşdə 14 ölkədən 40 beynəlxalq tələbə və 75 türkiyəli tələbə iştirak edib. Universitetin Xarici Dillər Ali Məktəbi və Türk Dili Tədrisi Tətbiq və Araşdırma Mərkəzinin (TÖMER) birgə təşkil etdiyi tədbirin məqsədi beynəlxalq tələbələrin sosial uyğunlaşmasını dəstəkləmək və mədəni qarşılıqlı əlaqələri gücləndirmək olub. Kamerun, Suriya, Mali, Fil Dişi Sahili, Benin, Fələstin, Pakistan, Qazaxıstan, Rusiya, İran, Mavritaniya, Liberiya, Əfqanıstan və Özbəkistandan gələn tələbələr öz ölkələrinin adət-ənənələri və mədəni xüsusiyyətləri barədə məlumat veriblər.

Tədbirin “Coffee Talks” bölümündə tələbələr çay və qəhvə süfrəsi ətrafında toplaşaraq türk və ingilis dillərində ünsiyyət qurublar. Gündəlik həyat, universitet mühiti, milli ənənələr və mədəni dəyərlər ətrafında aparılan söhbətlər iştirakçıların dil və ünsiyyət bacarıqlarının inkişafına da şərait yaradıb. Görüş müxtəlif ölkələrdən olan gənclər arasında yeni dostluqların yaranmasına və mədəni fərqliliklərin daha yaxından tanınmasına imkan verib.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.