Press "Enter" to skip to content

Sosialyönümlü xərclərdə növbəti artımlar olacaq

Son yeniləmə: 17 Noyabr 2026

BAYRAQDAR MEDİA– Dövlət və icmal büdcələri gələn il də sosialyönümlü olacaq, əhalinin sosial müdafiəsi və məşğulluq imkanlarının daha da gücləndirilməsi üçün ciddi maliyyə təminatı yaradacaq.

Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Milli Məclisin noyabrın 17-də keçirilən plenar iclasında sosial sahə ilə bağlı gələn ilin büdcə layihələri barədə məlumat verərkən bildirib.

Bu barədə nazirlikdən məlumat verilib.

Məlumata görə, o, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar nəticəsində vətəndaş rifahının təminatı sahəsində ardıcıl və məqsədyönlü tədbirlərin həyata keçirildiyini vurğulayıb. Dövlət başçısı tərəfindən verilmiş tapşırığa uyğun olaraq, sayca 6-cı sosial islahat paketi ilə bağlı 2027-ci ilin dövlət və icmal büdcəsində müvafiq maliyyə təminatı yaradıldığını qeyd edib.

Nazir 2027-ci ilin dövlət büdcəsində sosial xərclərin 222,7 milyon manat və ya 1,7 faiz çox olmaqla 13 milyard manat, sosialyönümlü xərclərin 1,6 milyard manat və ya 9,2 faiz çox olmaqla 18,7 milyard manat nəzərdə tutulduğunu qeyd edib. Bildirib ki, sosialyönümlü xərclərin növbəti ilin dövlət büdcəsindəki çəkisinin cari illə müqayisədə 3,1 faiz artaraq 44,2 faiz, ÜDM-də payının isə 1 faizə yaxın artaraq 13,3 faiz təşkil edəcəyi proqnoz edilir.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.