Press "Enter" to skip to content

DSMF-nin gəlirləri və xərcləri artaracaq

Dövlət Sosial Müdafiə Fondu

Son yeniləmə: 17 Noyabr 2026

BAYRAQDAR MEDİA – Dövlət Sosial Müdafiə Fondunun (DSMF) 2027-ci il üçün gəlirlərinin 2026-cı il üzrə təsdiq olunmuş gəlirlərdən 897,4 milyon manat və ya 10,8 faiz çox olmaqla 9 milyard 221 milyon manat olması proqnozlaşdırılır.

Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Milli Məclisin noyabrın 17-də keçirilən plenar iclasında sosial sahə ilə bağlı gələn ilin büdcə layihələri barədə məlumat verərkən bildirib.

Bu barədə nazirlikdən məlumat verilib.

O, həmçinin “2027-ci il üzrə xərclərinin isə 2026-cı il üzrə təsdiq olunmuş xərclərindən 789,5 milyon manat və ya 9,3 faiz çox olmaqla 9 milyard 273 milyon manat çox olması proqnozlaşdırılır” deyə əlavə edib.

Nazir, DSMF-nin gələn il üzrə xərclərinin 96,5 faizinin və ya 8 milyard 950 milyon manatının əhaliyə ödənişlərin payına düşəcəyini, bu göstəricinin 2025-ci illə müqayisədə 1,7 milyard manat, 2026-cı illə müqayisədə isə 753,6 milyon manat çox olduğunu vurğulayıb. Bildirib ki, hazırkı proqnoz göstəricilərinə əsasən 2027-ci ildə pensiyaların təqribən 7,5 faiz səviyyəsində indeksləşdirilməsi, bu məqsədlə 575,5 milyon manat vəsaitin ayrılması proqnoz edilir.

Nazir sosial müdafiə sahəsində aparılan islahatlar çərçivəsində əhaliyə göstərilən xidmətlərin rəqəmsallaşdırılması və vətəndaş məmnunluğunun təmin edilməsi istiqamətində görülən işləri vurğulayıb. Bu işlərin nəticəsi olaraq 2026-cı ilin iyun ayında DSMF-nin “Hamı üçün inklüziv və ədalətli sosial təminat xidmətləri” təşəbbüsü nominasiyası üzrə BMT-nin Dövlət Xidmətləri Mükafatına layiq görüldüyünü, həmin mükafatın dövlət xidmətləri sahəsində beynəlxalq səviyyədə qəbul olunan ən nüfuzlu mükafat olduğunu diqqətə çatdırıb.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.