Press "Enter" to skip to content

Təlimçilərin hazırlanması proqramı keçirilib

Süleyman Demirel Üniversiteti Araşdırma və Tətbiq Xəstəxanası

BAYRAQDAR MEDİA – Süleyman Demirel Universitetinin İncəsənət fakültəsində müəllimlər üçün “Təlimçilərin hazırlanması proqramı” təşkil olunub. Təlimlər tədris prosesində keyfiyyət təminatının gücləndirilməsi və akkreditasiya işlərinə töhfə verilməsi məqsədilə keçirilib.

Bu barədə universitetin məlumatında qeyd edilib.

Bildirilib ki, Saadet İkesus Altan Resital Salonunda keçirilən təlimi universitetin Təhsil fakültəsinin professoru Veysel Demirer aparıb. Proqramda İncəsənət fakültəsinin müəllimləri iştirak ediblər. Təlimdə dərs məlumat paketlərinin təlim nəticələrinə uyğun yenilənməsi, proqram nəticələri ilə təlim nəticələri arasındakı uyğunluğun gücləndirilməsi və AKTS kreditlərinin tələbələrin iş yükü əsasında müəyyənləşdirilməsi məsələləri müzakirə olunub. Tədbirin sonunda professor Veysel Demirerə təşəkkürnamə təqdim edilib.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.