Nuhun gəmisi ilə bağlı araşdırmalar çərçivəsində İğdır Universitetinə səfər
BAYRAQDAR MEDİA – Nuhun gəmisi ilə bağlı elmi və arxeoloji araşdırmalar aparmaq məqsədilə İğdıra gələn yerli və beynəlxalq nümayəndə heyəti İğdır Universitetinin rektoru professor Ekrem Gürel ilə görüşüb.
Görüşdə Mədəniyyət və Turizm Nazirliyinin müşaviri Asım Keser, Mədən Tədqiqatları və Axtarış İdarəsinin Şəhid Cuma Dağ Təbiət Tarixi Muzeyinin direktoru Korhan Çakır, Honkonq Nuhun Gəmisi Fondunun rəhbəri Man Fai Yuen, Nuhun Gəmisi Araşdırmaları və Əsərlərinin Qorunması Fondunun nümayəndəsi Ahmet Ertuğrul və sənət tarixçisi Fiona Leung iştirak ediblər.
Tərəflər bölgənin tarixi və mədəni irsinin elmi məlumatlar əsasında araşdırılması, arxeoloji tədqiqatların hazırkı vəziyyəti və beynəlxalq səviyyədə tanıdılması imkanlarını müzakirə ediblər. Birgə elmi layihələrin hazırlanması ilə bağlı da fikir mübadiləsi aparılıb. Rektor Ekrem Gürel İğdırın tarixi, mədəni və təbii zənginliklərinin akademik araşdırmalar vasitəsilə qeydə alınmasının əhəmiyyətini vurğulayıb. O, tədqiqatların bölgənin beynəlxalq səviyyədə tanıdılmasına töhfə verəcəyini bildirib.






İlk şərhi yaza bilərsiniz