Press "Enter" to skip to content

DİM tərəfindən təlim təşkil olunub

BAYRAQDAR MEDİA – Dövlət İmtahan Mərkəzinin İstedadın psixometrik diaqnostikası və maarifləndirmə sektorunun böyük məsləhətçisi Sevinc Məmmədova tərəfindən Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları üçün “İş mühitində stresin rolu və onunla mübarizə yolları” mövzusunda təlim keçirilib.

Təlimdə iştirakçılar stresin yaranma səbəbləri, növləri və əlamətləri ilə tanış olublar. Stresin fiziki və psixoloji sağlamlığa, gündəlik həyata və iş fəaliyyətinə təsiri müzakirə edilib.

Təlimin praktik hissəsində iştirakçılar iş və gündəlik həyatla bağlı situasiyaları təhlil edib, stres yaradan amilləri müəyyənləşdirib və mümkün həll yollarını müzakirə ediblər. Nümunələr üzərində hadisəni necə şərh etdiyimizin həmin hadisəyə emosional reaksiyamıza necə təsir göstərdiyi nəzərdən keçirilib.

Təlimdə həmçinin gərginliyi azaltmaq üçün nəfəs və relaksasiya məşqləri, işləri vacibliyinə və təcililiyinə görə planlaşdırmaq üsulları və stresin idarə olunması üzrə fərdi planın hazırlanması barədə məlumat verilib.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.