Press "Enter" to skip to content

Erzincan valisi və rektor tələbələrlə görüşüblər

Görüşlərdən xatirə fotosu

BAYRAQDAR MEDİA – Erzincan valisi dosent Hamza Aydoğdu Binali Yıldırım Universitetinə gələrək rektor professor Ufuk Kuyrukluyıldızla birlikdə tələbələrlə görüşüb.

Bu barədə universitetdən məlumat verilib.

Məlumata görə, səmimi şəraitdə keçən görüşdə tələbələrin təhsillə bağlı fikir, tələb və təklifləri dinlənilib. Vali və rektor tələbələrlə birlikdə nahar edərək onların akademik həyatı, gələcək hədəfləri və karyera planları barədə söhbət aparıblar.

Görüş gənclərə təhsil həyatlarında uğurlar arzulanması ilə başa çatıb.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.