Press "Enter" to skip to content

Ortaq dəyərlərimiz kifayət qədər çoxdur

Sona Polat Bilgin uşaqlarla

BAYRAQDAR MEDİA – “Azərbaycan və Türkiyə arasındakı münasibətlər, xüsusilə də xalqlarımızın qardaşlığı tarixi köklərə və ortaq milli-mənəvi dəyərlərə əsaslanır”.

Bunu ötən ay Bakıda səfərdə olan Türkiyənin tanınmış uşaq yazarlarından biri Sona Polat Bilgin BAYRAQDAR MEDİA-ya özəl müsahibəsində deyib.

Müsahibəni tezliklə oxuculara təqdim edəcəyik.

O, qeyd edib ki, biz “İki dövlət, bir millət” olaraq sevginin çiçəkli körpüsünü qəlbində yaşadan insanlarıq: “Ədəbiyyat sahəsində də digər istiqamətlərdə olduğu kimi, ortaq dəyərlərimiz kifayət qədər çoxdur. Hər şeydən əvvəl, biz əcdadlarına hörmət edən, duyğularına sahib çıxan, dəyərlərinə qiymət verməyi özünə prinsip seçən, sözü ilə əməli bir olan iki qardaş ölkənin bir-birini sevən və sayan insanlarıyıq. Acımızı bölüşən, sevincimizi artıran qəlblərik. Azərbaycan-Türkiyə qardaşlığı və birliyi dünya var olduqca əbədi davam edəcək”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.