BAYRAQDAR MEDİA – “Əcdadlarımız 1800-cü illərdə Qafqazdan Türkiyəyə köçüblər. Ona görə də Qafqaz, o cümələdən Azərbaycan mənə xüsusilə doğmadır”.
Bunu ötən ay Bakıda səfərdə olan Türkiyənin tanınmış uşaq yazarlarından biri Sona Polat Bilgin BAYRAQDAR MEDİA-ya özəl müsahibəsində deyib.
Müsahibəni tezliklə oxuculara təqdim edəcəyik.
Sona xanım qohumları ilə bağlı bir həssas məqamı da dilə gətirib: “1991-ci ildə sərhəd qapıları açıldıqdan sonra atamın bibisi Türkiyəyə gəldi. Onların bir-birinə sarılaraq ağlamalarını heç vaxt unuda bilmirəm. İnsanların sevdiklərindən ayrı düşməsinin necə ağrılı bir hiss olduğunu yalnız bunu yaşayanlar anlaya bilər”.
“İstərdim ki, dünyanı sevgi qurşağı bürüsün. Yeganə arzum budur ki, heç kimin qəlbi oddan köynəyə çevrilib yanmasın. Qoy insanların qulağında daim sevginin səsi cingildəsin”, – deyə Sona Polat Bilgin sonda qeyd edib.






İlk şərhi yaza bilərsiniz