BAYRAQDAR MEDİA – Fövqəladə Hallar Nazirliyinin (FHN) Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin, “Azərbaycan Sənaye Təhlükəsizliyi Assosiasiyası” İctimai Birliyinin birgə təşkilatçılığı ilə Gəncə şəhərində “Texniki təhlükəsizlik bizim prioritetimizdir” mövzusunda seminar-müşavirə keçirilib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya FHN-in mətbuat xidmətindən daxil olub.
Xəbərdə bildirilir ki, “seminar-müşavirə təhlükə potensiallı obyektlərin istismarı ilə məşğul olan müxtəlif sənaye müəssisələrində texniki təhlükəsizliyin təmin edilməsinin təhlili və qabaqlayıcı-profilaktik tədbirlərin görülməsi məqsədilə təşkil olunub. Tədbirdə FHN-in Gəncə Regional Mərkəzinin rəisi polkovnik-leytenant Ramin Orucov, Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin rəis müavini Asif Məmmədov, Azərbaycan Sənaye Təhlükəsizliyi Assosiasiyasının və Agentliyin məsul əməkdaşları, Regional Mərkəzin əhatə etdiyi ərazidə fəaliyyət göstərən yerli icra hakimiyyətlərinin nümayəndələri, sənayenin müxtəlif sahələrində fəaliyyət göstərən iş adamları iştirak ediblər”.
Daha sonra xəbərdə “tədbiri giriş sözü ilə açan FHN Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin rəis müavini Asif Məmmədov Azərbaycanda həyata keçirilən mütərəqqi iqtisadi siyasətin əhəmiyyətindən, dövlət başçısının sahibkarlara, o cümlədən sənaye sahələrində çalışan iş adamlarına göstərdiyi xüsusi diqqət və qayğıdan danışıb. Seminar-müşavirədə çıxış edənlər sənayedə və dağ-mədən işlərində texniki təhlükəsizliklə bağlı mövcud problemlər və qarşıda duran məsələlərdən söz açıb, zəruri qabaqlayıcı-profilaktik tədbirlər barədə təkliflər səsləndiriblər. Sonra mövzu ətrafında geniş müzakirə aparılıb, suallar cavablandırılıb” deyə qeyd edilir.






İlk şərhi yaza bilərsiniz