Press "Enter" to skip to content

Sona Polat Bilgin: Bakıdakı nəşriyyatlar bizi çox mehriban qarşıladılar

Sona Polat Bilgin kitabını imzalayır

BAYRAQDAR MEDİA – “Azərbaycan ana qucağı kimi isti və güvənlidir. Bakıdakı nəşriyyatlar bizi çox mehriban qarşıladılar. Onların hər biri müəllifləri səmimiyyətlə dinləyərək kitablarımızın Azərbaycan dilinə tərcümə olunması ilə bağlı fikir və istəklərimizi ən qısa zamanda dəyərləndirəcəklərini bildirdilər. Bizə əlaqə məlumatlarını da təqdim etdilər”.

Bunu ötən ay Bakıda səfərdə olan Türkiyənin tanınmış uşaq yazarlarından biri Sona Polat Bilgin deyib.

BAYRAQDAR MEDİA-ya özəl müsahibəsində o “ən böyük arzularımdan biri uşaq kitablarından bir neçəsinin kimliyimizin və mənəvi varlığımızın ifadəsi olan Azərbaycan dilinə tərcümə edilməsi, əcdadlarımdan yadigar qalan bu torpaqlarda imza günlərinin təşkili və gülərüzlü uşaqlarla görüşməkdir” deyə qeyd edib.

Müsahibəni tezliklə oxuculara təqdim edəcəyik.

Sona xanım yenidən Bakıya səfər edəcəyinə əminliyini də ifadə edib: “Ədəbiyyatı duyğuları ilə qucaqlayan, keçmişi ilə fəxr edən və gələcəyini qoruyan qardaş Azərbaycanımıza Türkiyədən ən səmimi sevgilərimi və sonsuz hörmətimi göndərirəm. Ən qısa zamanda gözəl Bakıda imza günlərində görüşmək arzusu ilə!”

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.