Press "Enter" to skip to content

MOM-da müalicə alan uşaqlarla görüş

MOM-da müalicə alan uşaqlarla görüş

BAYRAQDAR MEDİA – Gənclər və İdman Nazirliyinin (GİN) “Səyyar Gənclər evi” layihəsi çərçivəsində Milli Onkologiya Mərkəzinin Uşaq Klinikasında müalicə alan uşaqlarla görüş keçirilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya GİN-in mətbuat xidmətindən daxil olub.

Xəbərdə bildirilir ki, “”Gənclər evi” əməkdaşlarının iştirakı ilə təşkil olunan tədbirdə uşaqlar üçün innovasiya və yaradıcılıqyönümlü vörkşoplar, əyləncəli oyunlar keçirilib və müxtəlif hədiyyələr təqdim edilib. Görüşün xüsusi qonağı “İdman səfiri” Vəfa Musayeva uşaqlarla səmimi ünsiyyət qurub və onlarla birgə fəaliyyətlərdə iştirak edib”.

Sonra xəbərdə, “təşəbbüsə qoşulan “Yeni Texnologiyaların İnkişafına Dəstək” İctimai Birliyinin əməkdaşları tərəfindən 3D qələmlər vasitəsilə innovativ vörkşop təşkil olunub, həmçinin təyyarə modelçiliyi ilə bağlı təlim keçirilib. “ASMART Creative Hub”ın dəstəyi ilə isə uşaqlar müxtəlif keramik fiqurlar boyayıblar” deyə qeyd edilir.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.