BAYRAQDAR MEDİA – Kişi voleybolçulardan ibarət “ORDU” komandası CEV Çelenc Kubokunun 1/32 final mərhələsinin cavab oyununda Norveçin “FORDE VBK” klubunu 3:0 hesabı ilə məğlub edib.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində keçirilən qarşılaşmada komandamız bütün setlərdə 25:18 hesabı ilə qalib gəlib.
Norveçdə keçirilən ilk görüşdə də 3:0 hesablı qələbə qazanan “Ordu” klubu iki oyunun nəticəsinə əsasən rəqibini mübarizədən kənarlaşdıraraq turnirin 1/16 final mərhələsinə yüksəlib.
Komandamızın bu mərhələdəki rəqibi Niderlandın “SIMPLEX SSS BARNEVELD” klubu olacaq.






İlk şərhi yaza bilərsiniz