BAYRAQDAD MEDİA – Səhiyyə Nazirliyi (SN) Azərbaycan Tibb Universitetinin Tədris Stomatoloji Klinikasının tibbi heyəti tərəfindən “Böyük Qayıdış” Dövlət Proqramı çərçivəsində Zəngilan rayonunda ikigünlük tibbi aksiya təşkil edilib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya SN-in mətbuat xidmətindən daxil olub.
Xəbərdə deyilir ki, “aksiya zamanı 86 vətəndaş tibbi müayinədən keçirilib. Zəngilan sakinlərinə stomatoloji fərdi konsultasiyalar verilib və ağız boşluğunun sağlamlığının qorunması ilə bağlı profilaktik tövsiyələr təqdim edilib. Müayinələr zamanı ağız və diş sağlamlığının vəziyyəti qiymətləndirilib, stomatoloji problemlərin erkən aşkarlanması və müalicəsi istiqamətində müvafiq tədbirlər görülüb”.
Daha sonra xəbərdə, “tibbi xidmətlərin təşkili zamanı tam avtonom işləmə imkanına malik portativ stomatoloji avadanlıqlardan istifadə edilib. Qeyd edək ki, SN tərəfindən işğaldan azad edilmiş digər ərazilərdə də tibbi müayinə aksiyalarının və maarifləndirici tədbirlərin davam etdirilməsi nəzərdə tutulur” deyə diqqətə çatdırılır.






İlk şərhi yaza bilərsiniz