Press "Enter" to skip to content

Ersin Tatar rektor Orhan Başa baş çəkib

Görüşdən foto

BAYRAQDAR MEDİA – Kuzey Kıbrıs Türk Cümhuriyyətinin 5-ci prezidenti Ersin Tatar Ordu Universitetinin rektoru, professor Orhan Başa baş çəkib.

Bu barədə universitetin məlumatında qeyde edilib.

Məlumata görə, görüş zamanı rektor universitetin yaradıldığı gündən bu günədək keçdiyi inkişaf yolu, tədris fəaliyyəti və elmi tədqiqatları barədə Ersin Tatara məlumat verib. Səfər çərçivəsində Ersin Tatar və rektor Orhan Baş universitetin Senat üzvləri ilə də görüşüblər. Görüşdən sonra Ersin Tatar, rektor və onu müşayiət edən şəxslər Ordu Şəhər Xəstəxanasına baş çəkiblər.

Rektor Orhan Baş Ersin Tatarı universitetdə qəbul etməkdən məmnunluğunu ifadə edərək, səfərinə görə ona təşəkkür edib.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.