Press "Enter" to skip to content

Ardahanda dağ xizəyi həyəcanı

BAYRAQDAR MEDİA – Ardahan vilayətinin valisi Ömər Hilmi Yamlı sədrliyi ilə dağ xizəyi idmanının inkişafına dair toplantı keçirilib. 2027-ci ilin fevral ayında Yalnızçam Xizək Mərkəzində təşkil olunması planlaşdırılan Türkiyə Dağ Xizəyi Çempionatı şəhərin idman turizmi baxımından mühüm fürsəti kimi qiymətləndirilib.

Bu barədə ardahanhaberi.com saytı məlumat yayıb.

Məlumata görə, toplantıda dağ xizəyi idmanının Ardahanda tanıdılması, inkişaf etdirilməsi və qış turizminə qazandırılması məsələləri müzakirə olunub. Türkiyə Dağçılıq Federasiyasının Dağ Xizəyi üzrə milli komandasının məşqçisi və idmançısı Doğukan Kömür bu idman növünün texniki xüsusiyyətləri, məşq prosesi və istifadə olunan avadanlıqlar barədə təqdimatla çıxış edib. Çempionatın Türkiyənin müxtəlif bölgələrindən idmançıları bir araya gətirməsi, Ardahanın ölkə səviyyəsində tanıdılmasına və bölgədə idman fəaliyyətlərinin şaxələndirilməsinə töhfə verməsi gözlənilir.

Yüksək dağlıq ərazisi, uzun sürən qışı və təbii gözəllikləri ilə seçilən Ardahanın bu idman növü üçün əlverişli imkanlara malik olduğu vurğulanıb. Toplantıda Gənclər və İdman üzrə vilayət müdiri Bülent Uzuner, Dağçılıq üzrə vilayət nümayəndəsi Gelturan Sinan Yılmaz və aidiyyəti qurumların rəhbərləri iştirak ediblər.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.