BAYRAQDAR MEDİA – Ordu Universitetində 20 Noyabr – Ümumdünya Uşaq Hüquqları Günü münasibətilə tədbir keçirilib. Ceren Özdemir Konfrans Salonunda təşkil olunan tədbirdə universitetin rektoru, professor Orhan Baş, rəhbərlik nümayəndələri, akademik və inzibati heyət, tələbələr və qonaqlar iştirak ediblər.
Universitetin Uşaqların Müdafiəsi Tətbiq və Araşdırma Mərkəzinin təşkil etdiyi tədbirin açılışında çıxış edən rektor uşaqların cəmiyyətin gələcəyini formalaşdıran ən qiymətli sərvət olduğunu vurğulayıb. O, uşaqların sevgi, təhlükəsizlik, özünəinam və məsuliyyət hissi ilə böyüdülməsinin vacibliyini bildirib.
Rektor qeyd edib ki, uşaqlara ayrılan vaxt və göstərilən diqqət gələcəyə qoyulan ən dəyərli sərmayədir. O, bütün uşaqların hüquqlarının qorunmasının yalnız ailələrin deyil, bütövlükdə cəmiyyətin vəzifəsi olduğunu diqqətə çatdırıb.
Tədbir çərçivəsində professor Ayşə Haznedar Yalın “Uşağın dəyəri” mövzusunda çıxış edib, həmçinin uşaq hüquqlarına dair maarifləndirici foto sərgisi açılıb.






İlk şərhi yaza bilərsiniz