BAYRAQDAR MEDİA – Türkiyə Cümhurbaşqanı Recep Tayyip Erdoğanın iştirakı ilə keçirilən toplantıdan sonra bir sıra bələdiyyə sədrləri hakim Ədalət və İnkişaf Partiyasına (AK Parti) qoşulublar. Onlardan üçü Antalya bölgəsinin bələdiyyə rəhbərləri olub. Partiyaya keçən şəxslərin səhnəyə çağırılmadan əvvəlki davranışları və bədən dili diqqət çəkib.
Bu barədə gunhaber.com.tr saytı məlumat yayıb.
Məlumatda deyilir ki, onların əksəriyyətinin üzündə həyəcan və narahatlıq ifadəsi olub, əllərini qarın nahiyəsində birləşdirmələri isə xüsusi maraq doğurub. Bədən dili mütəxəssislərinin fikrincə, əllərin öndə birləşdirilməsi vəziyyətdən asılı olaraq özünənəzarət, daxili gərginlik və müdafiə mövqeyi anlamına gələ bilər. Barmaqların möhkəm sıxılması insanın narazılığını və ya emosiyalarını gizlətməyə çalışdığını, əllərin sərbəst birləşdirilməsi isə rəsmi və gözləmə mövqeyini ifadə edə bilər.
Bununla belə, mütəxəssislər belə jestlərin təkbaşına insanın psixoloji vəziyyətini müəyyənləşdirmək üçün kifayət etmədiyini bildirirlər.






İlk şərhi yaza bilərsiniz