Press "Enter" to skip to content

Bir sıra mühüm sənədlər imzalanıb

İmzalanma zamanı

BAYRAQDAR MEDİA – Xəbər verildiyi kimi, Bakıda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin dəstəyi, Kiçik və Orta Biznesin İnkişafı, İnvestisiyaların və İxracın Təşviqi Agentliyi və İtaliya Ticarət Agentliyinin birgə təşkilatçılığı ilə Azərbaycan-İtaliya biznes forumu keçirilib.

Tədbir çərçivəsində Azərbaycan və İtaliya arasında kritik xammal sahəsində üçüncü ölkələrlə birgə əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Sənəd xammalın hasilatı, Avropa bazarlarına çıxarılması, logistika əlaqələrinin inkişafı və sənaye sahəsində birgə təşəbbüslərin reallaşdırılmasına töhfə verəcək.

Bu barədə İqtisadiyyat Nazirliyindən məlumat verilib.

Məlumata görə, bundan əlavə, Azərbaycanın İqtisadiyyat Nazirliyi ilə İtaliyanın “LeonardoS.p.A.” şirkəti arasında yüksək məhsuldarlıqlı hesablama sistemləri və süni intellekt sahəsində əməkdaşlığa dair, İtaliyanın “CassaDepositi e PrestitiS.p.A.” şirkəti ilə Azərbaycan Biznesin İnkişafı Fondu arasında biznes və investisiya əməkdaşlığının inkişafına dair, “BakuSteelCompany” QSC, “DismasTradingS.r.l.” və “Edgar H. Greenham&Co. S.r.l.” arasında yerli sənaye məhsullarının ixracının təşviqi üzrə, həmçinin digər sahələrə dair anlaşma memorandumları, o cümlədən “NortWestConstruction” MMC ilə “FALORNI TECH S.R.L.” şirkəti arasında Qaradağ Şüşə Zavodunun modernləşdirilməsi üzrə Müqavilə olmaqla 7 sənəd mübadilə edilib.

Məlumatda deyilir ki, tədbri çərçivəsidnə Azərbaycan Respublikasında Kiçik və Orta Biznesin İnkişafı, İnvestisiyaların və İxracın Təşviqi Agentliyi ilə İtaliyanın Ticarət Agentliyi arasında ticarət və investisiya əlaqələrinin genişləndirilməsi, investisiya layihələrinin təşviqi üzrə Anlaşma Memorandumu da imzalanıb.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.