Press "Enter" to skip to content

“Cüdo bizə yad deyil!” imic filmi təqdim edilib – VİDEO

“Cüdo bizə yad deyil!” imic filmi təqdim edilib

BAYRAQDAR MEDİA – Azərbaycan Cüdo Federasiyası (ACF) cüdonun təbliği və bu idman növünün dəyərlərinin geniş auditoriyaya çatdırılması məqsədilə hazırlanan “Cüdo bizə yad deyil!” adlı yeni imic filmini təqdim edib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya ACF-dən daxil olub.

Xəbərdə deyilir ki, “film cüdonun fəlsəfəsi ilə milli mədəniyyətimiz və gündəlik həyatımız arasında mövcud olan mənəvi bağlılığı ön plana çıxarır. Hörmət, nəzakət, dostluq, cəsarət, təvazökarlıq və özünə nəzarət kimi cüdo dəyərləri tamaşaçıya tanış həyat səhnələri vasitəsilə təqdim olunur. Musiqiçinin tamaşaçılara ehtiramı, uşaqların bir-birinə dəstəyi və çətin məqamlarda təmkinli davranış tatamidə formalaşan münasibətlərlə paralel şəkildə əks etdirilir. Milli musiqi elementlərinin müşayiət etdiyi bu səhnələr cüdonun aşıladığı prinsiplərin Azərbaycan cəmiyyətinə və milli dəyərlərimizə doğma olduğunu göstərir”.

Daha sonra xəbərdə, ““Cüdo bizə yad deyil!” filmində bu idman növünün yalnız fiziki hazırlıq vasitəsi deyil, eyni zamanda şəxsi inkişaf, intizam, xarakter və həyat bacarıqlarının formalaşmasına töhfə verən bir məktəb olduğu vurğulanır. Layihənin əsas məqsədlərindən biri uşaqlar, gənclər və qadınlar arasında cüdoya marağı artırmaq, eyni zamanda valideynlərin diqqətini bu idman növünün uşaqların fiziki və mənəvi inkişafına verdiyi töhfələrə yönəltməkdir. İmic filmi “Doğma dəyərlərlə özünü kəşf etmək üçün səni tatamiyə gözləyirik!” çağırışı ilə izləyiciləri cüdo ilə daha yaxından tanış olmağa dəvət edir” deyə diqqətə çatdırıb.

Qeyd edək ki, cüdo ilə məşğul olmaq istəyənlər 8558 çağrı mərkəzi vasitəsilə ACF-yə müraciət edə bilərlər.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.