BAYRAQDAR MEDİA – İğdır Universitetinin ev sahibliyi ilə noyabrın 24–25-də Beynəlxalq Qafqaz Konqresi keçiriləcək. Tədbirdə tarixi İpək Yolundan Zəngəzur dəhlizinə qədər regionun gələcəyinə təsir edən məsələlərin müzakirəsi nəzərdə tutulur.
Universitetin məlumatına əsasən, Türkiyə, Azərbaycan, Naxçıvan, İran və Ermənistan başda olmaqla, bölgə ölkələrindən alimlərin, diplomatların və ekspertlərin iştirakı gözlənilir. Konqresdə regional əməkdaşlıq, iqtisadi əlaqələr, nəqliyyat şəbəkələri və mədəni qarşılıqlı təsir məsələləri diqqət mərkəzində olacaq.
Tədbirdə Kürşad Zorlunun da çıxış etməsi gözlənilir.
Məlumatda deyilir ki, İğdır Universitetinin rektoru professor Ekrem Gürel və digər alimlər Qafqazın gələcəyi, regional əməkdaşlıq və mədəni diplomatiya mövzularında fikirlərini bölüşəcəklər. İğdırın tarixi İpək Yolu üzərində yerləşməsi, Naxçıvan və Azərbaycana açılan qapı olması, eləcə də Zəngəzur dəhlizi müzakirələrindəki strateji mövqeyi konqresin əhəmiyyətini artırır. Tədbirin region ölkələri arasında elmi və mədəni əlaqələrin inkişafına, Qafqazın ortaq gələcəyinə dair yeni ideyaların formalaşmasına töhfə verməsi gözlənilir.






İlk şərhi yaza bilərsiniz