Press "Enter" to skip to content

Müəllimlər Gününə həsr olunan konsert keçiriləcək

BAYRAQDAR MEDİA – Türkiyənin Denizli Böyükşəhər Bələdiyyəsi 24 Noyabr – Müəllimlər Günü münasibətilə ödənişsiz konsert təşkil edəcək. “Sənət şəhəri Dənizli” vizyonu çərçivəsində hazırlanan konsert proqramında Dənizli Böyükşəhər Bələdiyyəsinin Şəhər Orkestri çıxış edəcək.

Bu barədə bələdiyyənin məlumatında qeyd edilib.

Bildirilib ki, Orhan Dikicinin dirijorluğu ilə keçiriləcək konsertdə solistlər Elif Buse Aşan və Hakan Eyiden 1990-cı illərdən bu günədək sevilən türk pop musiqisi nümunələrini səsləndirəcəklər. Denizli Böyükşəhər Bələdiyyəsinin sədri Bülent Nuri Çavuşoğlunun ev sahibliyi edəcəyi tədbir noyabrın 24-də, saat 20:00-da Denizli Böyükşəhər Bələdiyyəsinin Konqres və Mədəniyyət Mərkəzindəki Özay Gönlüm Salonunda olacaq. Konsert müəllimlərlə yanaşı, bütün şəhər sakinləri üçün açıq olacaq və iştirak ödənişsizdir. Biletləri bələdiyyənin rəsmi elektron bilet platformasından əldə etmək mümkündür.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.