BAYRAQDAR MEDİA – Elazığ Bələdiyyəsinin təşkil etdiyi 7-ci Kitab Sərgisi qapılarını ziyarətçilərin üzünə açıb. Bələdiyyə sədri Şahin Şerifoğullarının təşəbbüsü ilə keçirilən sərgiyə ilk gündən şəhər sakinləri, xüsusilə də şagirdlər böyük maraq göstəriblər.
Bələdiyyənin məlumatına görə, tədbirdə 90 nəşriyyatın, eləcə də 150-yə yaxın yerli və ölkə miqyaslı şair və yazıçının iştirakı nəzərdə tutulur. Bələdiyyənin məlumatında qeyd edilib ki, noyabrın 29-dək davam edəcək sərgi hər gün saat 09:00-dan 21:00-dək ziyarətçilər üçün açıq olacaq.
Şagirdlərin sərgiyə gəlişini asanlaşdırmaq məqsədilə pulsuz nəqliyyat dəstəyi də təmin ediləcək.










İlk şərhi yaza bilərsiniz