Press "Enter" to skip to content

İğdır Universiteti COP31-də 22 layihə ilə təmsil olunub

BAYRAQDAR MEDİA – İğdır Universiteti 9–20 noyabr 2026-cı il tarixlərində Antalyada keçirilən BMT-nin İqlim Dəyişikliyi Konfransında (COP31) iştirak edib.

Universitet tədbirə rektorun müavini, professor Haktan Sevinç və akademik heyətdən ibarət nümayəndə heyəti ilə qatılıb. Ali Təhsil Şurasının (YÖK) pavilyonunda təşkil olunan elmi layihələrin təqdimatında universitet 22 layihə ilə təmsil olunub.

İğdır Universitetinin alimləri iqlim dəyişikliyi və dayanıqlılıq istiqamətində apardıqları elmi tədqiqatları təqdim edərək universitetin araşdırmalarının beynəlxalq səviyyədə tanıdılmasına töhfə veriblər.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.