BAYRAQDAR MEDİA – Anadolu Universitetinin Dövlət Konservatoriyasının təşkil etdiyi VI Beynəlxalq Piano Günləri oktyabrın 19–24-də keçiriləcək. Proqram çərçivəsində konsertlər, resitallar, müzakirələr və ustad dərsləri təşkil olunacaq.
Festival oktyabrın 19-da pianoçu Gülsin Onayın ifasında “Şopen gecəsi” konserti ilə başlayacaq. Sonrakı günlərdə Ercüment Orkut, Raffaele d’Angelo, Emre Dündar, Mehmetali Uzunselvi və digər sənətçilər çıxış edəcəklər. Hülya Tarcan və İris Şentürker gənc pianoçular üçün ustad dərsləri keçirəcəklər. Proqram çərçivəsində müasir musiqi mövzusunda müzakirə də təşkil olunacaq, festival oktyabrın 24-də Carles və Sofia Piano Duo-nun “Love for Four Hands” adlı konserti ilə başa çatacaq.













İlk şərhi yaza bilərsiniz