Press "Enter" to skip to content

Azərbaycan boksçuları IBA Prezident kubokunda

Azərbaycan boksçuları IBA Prezident kubokunda

BAYRAQDAR MEDİA – Noyabrın 27-də Türkiyənin İstanbul şəhərində boks üzrə IBA Prezident kuboku başlayacaq. Yarışda Azərbaycan idmançıları böyük məşqçi Nəriman Abdullayev, məşqçilər Rəhim Allahverdiyevlə Rüfət Aslanovun rəhbərliyi altında çıxış edəcəklər.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Azərbaycan Boks Federasiyasından (ABF) daxil olub.

Xəbərdə qeyd olunur ki, “məşqçilər korpusu kubokda Bilalhəbaşi Nəzərov (50 kq), Tural Sarıyev, Nicat Hüseynov (hər ikisi 52 kq), Amin Məmmədzadə (55 kq), Məhəmmədəli Aşırəliyev, Tayfur Əliyev (hər ikisi 60 kq), Malik Həsənov, Zaur Qəhrəmanov (hər ikisi 65 kq), Sərxan Əliyev (70 kq) və Seyid Seyidova (85 kq) şans verəcəklər. Yarışın qaliblərinin adına dekabrın 4-də aydınlıq gələcək. İstanbulda Fuad Aslanovla Rövşən Qədirov Azərbaycanı hakim kimi təmsil edəcəklər”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.