Press "Enter" to skip to content

4-cü Beynəlxalq Məşq və İdman Elmləri Konqresi keçirilir

Son yeniləmə: 24 Noyabr 2026

BAYRAQDAR MEDİA – Ordu Universitetinin İdman Elmləri fakültəsinin ev sahibliyi etdiyi 4-cü Beynəlxalq Məşq və İdman Elmləri Konqresinin (UESBK-2026) açılış mərasimi keçirilib. Tədbirdə Ordu valisi Muammer Erol, Ordu Böyükşəhər Bələdiyyəsinin sədr müavini Aşkın Baş, universitetin rektoru professor Orhan Baş, akademik və inzibati heyət, tələbələr və konqres iştirakçıları iştirak ediblər.

Musiqi proqramı və universitetin tanıtım filminin nümayişi ilə başlayan mərasimdə rektor Orhan Baş konqresin Orduda keçirilməsindən məmnunluğunu ifadə edib. O bildirib ki, 22 ölkədən 260-dan çox elmi məruzənin təqdim olunması tədbirin beynəlxalq əhəmiyyətini göstərir. Rektor konqreslərin alimlər və gənc tədqiqatçılar arasında elmi bilik mübadiləsi, əməkdaşlıq və birgə layihələrin hazırlanması baxımından mühüm platforma olduğunu vurğulayıb.

Açılışda Giresun Universitetinin, Ondokuz Mayıs Universitetinin, Azərbaycan İdman Akademiyasının və Xoca Əhməd Yəsəvi adına Beynəlxalq Türk-Qazax Universitetinin nümayəndələri də çıxış ediblər. Sonda konqresin rəhbərlərinə xatirə lövhələri təqdim olunub.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.