Press "Enter" to skip to content

Ordu pidesinin sirri

Son yeniləmə: 24 Noyabr 2026

BAYRAQDAR MEDİA – Türkiyədə, Ordu mətbəxinin ənənəvi təamlarından olan Ordu pidesi özünəməxsus xəmiri, hazırlanma üsulu və yerli ərzaqları ilə şəhərin qastronomiya mədəniyyətində mühüm yer tutur.

Bu barədə ordugazete.com saytı məlumat yayıb.

Məlumata görə, coğrafi işarə ilə qeydiyyata alınan bu təam həm yerli sakinlərin, həm də şəhərə gələn turistlərin marağına səbəb olur. Onu digər pide növlərindən fərqləndirən əsas xüsusiyyətlərdən biri hazırlanma ənənəsidir. Təxminən 200 qram ağırlığında, 40–50 santimetr uzunluğunda və 10–15 santimetr enində hazırlanan xəmirin içliyi 100–150 qram arasında dəyişir. Qiyməli növündə orta yağlı qiymə, soğan, duz və kərə yağı, pendirli növündə ağ pendir və ya kaşar, ətlisində isə ət, pomidor, yaşıl bibər, sarımsaq və ədviyyatlardan istifadə olunur. Adətən vələs və palıd odunu ilə qızdırılan daş sobalarda bişirilən pide hazır olduqdan sonra üzərinə əridilmiş kərə yağı çəkilir.

Ordu pidesi 26 yanvar 2023-cü ildə Türkiyə Patent və Əmtəə Nişanları Qurumu tərəfindən 1324 qeydiyyat nömrəsi ilə coğrafi işarə alıb və “Ordu yağlısı” adı ilə də tanınır.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.