BAYRAQDAR MEDİA – Isparta Tətbiqi Elmlər Universitetinin (ISUBÜ) alimləri Antalyada keçirilən COP31 tədbirləri çərçivəsində yerli və beynəlxalq təşkilatların nümayəndələri ilə görüşüblər. Görüşlərdə iqlim dəyişikliyi, biomüxtəlifliyin qorunması, dayanıqlılıq və birgə elmi layihələr müzakirə olunub.
Universitetin professorları Kürşad Özkan, Serkan Gülsoy, Ahmet Mert, dosentlər Halil Süel, Serkan Özdemir və doktor Şelale Yalçınöz müxtəlif qurumların təmsilçiləri ilə elmi əməkdaşlıq imkanlarını dəyərləndiriblər. Görüşlərin əsas mövzularından biri iqlim dəyişikliyinə uyğunlaşdırılmış arıçılıq fəaliyyətinin planlaşdırılması ilə bağlı elmi layihə olub. Layihə çərçivəsində nektar və polen mənbəyi olan bitkilərin növ zənginliyi əsasında arıçılıq üçün əlverişli ərazilərin müəyyənləşdirilməsi nəzərdə tutulur. Bununla iqlim dəyişikliklərinin arıçılığa mənfi təsirlərinin azaldılması və təbii resurslardan dayanıqlı istifadə hədəflənir.
Tərəflər layihənin milli və beynəlxalq tərəfdaşlarla inkişaf etdirilməsi, ətraf mühit təhsili, meşə ekosistemlərinin qorunması və ekoloji maarifləndirmə istiqamətlərində əməkdaşlıq imkanlarını da müzakirə ediblər.






İlk şərhi yaza bilərsiniz