BAYRAQDAR MEDİA – Ardahan Universitetinin Keyfiyyət və Akkreditasiya Ofisi tərəfindən önlisans proqramlarının akkreditasiyası prosesinə həsr olunmuş məlumatlandırma toplantısı təşkil edilib. Texniki Elmlər Peşə Yüksək Məktəbinin professor Oktay Sinanoğlu adına Konfrans Salonunda keçirilən tədbirdə akkreditasiya hazırlıqlarının planlaşdırılması və həyata keçirilməsi məsələləri müzakirə olunub.
Toplantıda universitetin İqtisadi və İdarəetmə Elmləri fakültəsinin dosenti Engin Boztepe akkreditasiyanın məqsədləri, ali təhsil müəssisələrinin nüfuzuna və məzunların iş imkanlarına təsiri barədə məlumat verib. O, Peşə Təhsili Qiymətləndirmə və Akkreditasiya Dərnəyinin (MEDEK) fəaliyyət istiqamətlərini, qiymətləndirmədə əsas götürülən 9 başlıca meyarı və 46 alt meyarı izah edib. MEDEK qiymətləndiricisi kimi təcrübəsini bölüşən dosent müraciət, yerində yoxlama, sübutların hazırlanması, qiymətləndirmə və qərarvermə mərhələləri haqqında danışıb.
Akkreditasiya prosesində yol verilən səhvlərə də diqqət çəkilərək hazırlıq işlərinin son ana saxlanılmamasının vacibliyi vurğulanıb. Tədbir iştirakçıların suallarının cavablandırılması və Engin Boztepeyə təşəkkürnamənin təqdim edilməsi ilə başa çatıb.






İlk şərhi yaza bilərsiniz