BAYRAQDAR MEDİA – Türkiyədə Eskişəhər Böyükşəhər Bələdiyyəsinin şəhərin mədəniyyət və incəsənət həyatına qazandırdığı Sənət küçəsi fəaliyyətinin ikinci ildönümünü qeyd edir. Açıldığı gündən sərgilər, yaradıcılıq emalatxanaları, müzakirələr, rəqs nümayişləri və uşaqlar üçün tədbirlər təşkil edən məkan iki il ərzində 80-dən çox tədbirə ev sahibliyi edib.
Bu barədə eskisehir.net saytı məlumat yayıb.
Məlumata əsasən, burada Beynəlxalq Müasir Keramika Sənəti Muzeyi, üç sənət emalatxanası, rəssamların daimi emalatxanaları, Genco Erkal səhnəsi və kukla teatrı fəaliyyət göstərir. 2025-ci ildə rəsm, fotoqrafiya, miniatür, keramika və rəqs sahələrində müxtəlif sərgilər və məşğələlər təşkil olunub. 2026-cı ildə də sərgi və emalatxanalar davam etdirilib, Nisan Talaz, Ela Şenol, Ertuğrul Tugay və Serpil Akyılın əsərləri sənətsevərlərə təqdim olunub. Suluboya, kətan rəngləmə, 3D çap, kukla və kubik maska hazırlanması üzrə məşğələlər keçirilib. Uşaqlar üçün təşkil olunan proqramlarda isə incəsənət, elm, ədəbiyyat və oyun vasitəsilə onların yaradıcılıq qabiliyyətlərinin inkişafına şərait yaradılır.






İlk şərhi yaza bilərsiniz