Press "Enter" to skip to content

Namizədlər “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər

BAYRAQDAR MEDİA – 4 dekabr 2026-cı il tarixində keçiriləcək miqrasiya orqanlarına qulluğa qəbul ilə əlaqədar test imtahanında iştirak edəcək namizədlər “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər.

Bu barədə Dövlət İmtahan Mərkəzinin məlumatında qeyd olunub.

Bildirilib ki, imtahanda iştirak edəcək şəxslər “İmtahana buraxılış vərəqəsi”ni “Aktual elektron imtahanlara qeydiyyat, buraxılış vərəqəsi və nəticələrin çapı” xidməti vasitəsi ilə əldə edə bilərlər.
Qeyd edək ki, namizəd imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və “İmtahana buraxılış vərəqəsi”ni mütləq gətirməlidir.

Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, namizəd imtahana buraxılmayacaq.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.