BAYRAQDAR MEDİA – “Azərbaycan Hava Yolları” (AZAL) “Sərfəli Cümə” kampaniyasını elan edir.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya AZAL-ın mətbuat xidmətindən daxil olub.
Xəbərdə bildirilir ki, “25–30 noyabr 2026-cı il tarixlərində sərnişinlər seçilmiş beynəlxalq istiqamətlər üzrə ekonom və biznes siniflərində aviabiletləri 25 faizədək endirimlə əldə edə biləcəklər. Həmçinin “AZAL Miles” müştəriləri mobil tətbiq üzərindən millərlə bilet aldıqda “BLUEFRIDAY” promokodu ilə 35 faizədək endirim qazana bilərlər. Dekabrda bayram ab-havasını başqa bir şəhərdə yaşamaq, qış mövzsümündə yaxınları ziyarət etmək və və ya yazın ilk səyahətini planlaşdırmaq istəyən sərnişinlər bu fürsətdən yararlana bilərlər”.
Kampaniya aşağıdakı uçuş tarixlərini əhatə edir:
• 1–20 dekabr 2026-cı il
• 10 yanvar – 28 fevral 2027-ci il
• 1–30 aprel 2027-ci il
Endirim faizi uçuş istiqamətindən və seçilmiş tarifdən asılı olaraq dəyişir. Endirim yalnız aviabiletin tarif hissəsinə tətbiq olunur. Vergilər və digər yığımlar endirimə daxil deyil. Endirimli aviabiletlərin sayı məhduddur. Kampaniya kodşerinq, çarter və ölkədaxili reyslərə şamil olunmur.






İlk şərhi yaza bilərsiniz