Press "Enter" to skip to content

Azərbaycanlı tələbələr Türkiyədə təqaüdlə təhsil alacaq

Azərbaycanlı tələbələr Türkiyədə təqaüdlə təhsil alacaq

BAYRAQDAR MEDİA – 2026–2027-ci tədris ili üzrə Hökumətlərarası Təqaüd Proqramı (HTP) çərçivəsində 3 Azərbaycan vətəndaşı Türkiyədə təhsil almaq hüququ qazanıb.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən (EATDA) daxil olub.

Xəbərdə deyilir ki, “Proqram Elm və Təhsil Nazirliyi ilə Türkiyə Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları Baş İdarəsi (YTB) arasında imzalanmış Niyyət Məktubu çərçivəsində həyata keçirilir. Yekun seçim nəticələrinə əsasən təqaüd proqramına qəbul olunan şəxslər Ankara və Sakarya universitetlərində beynəlxalq münasibətlər, idarəetmə elmləri, mühasibat uçotu və maliyyə ixtisasları üzrə doktorantura səviyyəsində təhsil alacaqlar”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.