Press "Enter" to skip to content

Universitet küçəsinin yenilənməsi layihəsi fikir ayrılığı yaradıb

Denizlidə mübahisəli küçə

Son yeniləmə: 24 Noyabr 2026

BAYRAQDAR MEDİA – Türkiyənin Denizli şəhərində nəqliyyatın ən sıx olduğu ərazilərdən biri sayılan Universitet küçəsinin yenilənməsi layihəsi Böyükşəhər Bələdiyyəsi ilə Pamukkale Universiteti (PAÜ) arasında fikir ayrılığına səbəb olub. Bələdiyyə xəstəxana və universitet girişlərinin qarşısındakı nəqliyyat sıxlığını aradan qaldırmaq üçün dairəvi hərəkət zolaqları, velosiped və avtobus yolları, eləcə də nəqliyyat mübadilə mərkəzini əhatə edən layihə hazırlayıb.

Bu barədə saytı məlumat yayıb.

Bildirilib ki, layihəyə əsasən, universitet ərazisində yerləşən avtobusların dayanacaq və mübadilə mərkəzi təhlükəsizlik səbəbindən kampusdan kənara, Müftü Ahmet Hulusi Efendi külliyəsinin yanına köçürülməli idi. Lakin bələdiyyə sədri Bülent Nuri Çavuşoğlu universitetin alternativ layihə hazırlayaraq aidiyyəti qurum vasitəsilə onlara göndərdiyini bildirib. Onun sözlərinə görə, son üç il ərzində həmin ərazidə 495 yol-nəqliyyat hadisəsi baş verib.

B.N.Çavuşoğlu bələdiyyənin layihəsində yolun eninin 20 metrdən 37 metrə çatdırılmasının, 1250 metrlik velosiped yolunun və avtobus zolağının yaradılmasının nəzərdə tutulduğunu bildirib. O, universitetin təklif etdiyi layihənin tətbiqinin mümkün olmadığını söyləyərək bələdiyyənin öz layihəsini həyata keçirəcəyini qeyd edib.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.