Press "Enter" to skip to content

Bu, Azərbaycana 8 Noyabr Zəfərini qazanmaq imkanı verdi

Fazil Mustafa

Fazil Mustafa: Biz Zəfərin hərbi-siyasi nəticələri ilə birgə onun ictimai-mənəvi nəticələrini də düzgün dəyərləndirməliyik

BAYRAQDAR MEDİA – “Xəritəyə nəzər salsaq, görərik ki, Azərbaycan olduqca mürəkkəb coğrafiyada yerləşir. Bu səbəbdən də ölkəmiz zaman-zaman müxtəlif təhdid və təhlükələrlə üz-üzə qalıb”.

Bunu Milli Məclisinin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa “Hərbi-vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda keçirilən tədbirdəki çıxışında bildirib.

O, qeyd edib ki, bu təhlükələrin aradan qaldırılması isə hərbi güclə birgə diplomatik peşəkarlıq tələb edir: “44 günlük müharibədə biz bir daha bunun şahidi olduq. Həmin vaxt Prezident İlham Əliyev Ermənistanı və ona havadarlıq edən qüvvələri diplomatik müstəvidə də neytrallaşdırdı. Bu, Azərbaycana 8 Noyabr Zəfərini qazanmaq imkanı verdi”.

Vurğulanıb ki, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə qazanılmış Zəfər ölkəmizin qarşısında yeni tarixi imkanlar açdı. İşğaldan qurtulmuş ərazilərdə həyata keçirilən bərpa-quruculuq işləri, Böyük Qayıdış, təhlükəsizliyin, dayanıqlı sülhün təmin olunması yö¬nündə görülən tədbirlər hə¬min tarixi uğurların davamıdır. Lakin biz Zəfərin hərbi-siyasi nəticələri ilə birgə onun ictimai-mənəvi nəticələrini də düzgün dəyərləndirməliyik. Zəfər bir tarixi hadisədir, Zəfər düşüncəsi isə gələcək nəsillərə ötürülməli olan məsuliyyətdir.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.