Son yeniləmə: 17 Noyabr 2026
BAYRAQDAR MEDİA – Antalya Bilim Universitetində COP31 çərçivəsində “Gənclər və nəsillərarası enerji transformasiyası dialoqu” adlı tədbir təşkil olunub. Enerji Transformasiyası üzrə Mühəndislər Şurası (CEET), BMT-nin Sənaye İnkişafı Təşkilatı (UNIDO) və BMT-nin Davamlı İnkişaf Həlləri Şəbəkəsinin (SDSN) əməkdaşlığı ilə keçirilən görüşdə tələbələr, gənc mütəxəssislər, beynəlxalq ekspertlər və enerji sektorunun nümayəndələri iştirak ediblər.
Tədbirdə Antalya Bilim Universitetinin tələbələri ilə yanaşı, Dr. İlhami Tankut Anadolu Liseyindən təxminən 25 şagird də yer alıb. Universitetin prorektoru professor Hülya Şimqanın açılış nitqindən sonra enerji sektorunun gələcəyinə həsr olunan panel keçirilib. Paneldə UNIDO-nun Enerji və İqlim Fəaliyyəti Departamentinin direktoru Rana Ghoneim, enerji mütəxəssisi Kutalmış Ersoy və magistr tələbəsi Adriell De Amorim Araujo çıxış ediblər. Müzakirələrdə innovasiya, mühəndislik, sahibkarlıq, dövlət siyasəti və beynəlxalq əməkdaşlığın enerji transformasiyasına təsiri, eləcə də gənclərin bu prosesdə iştirakı məsələləri diqqət mərkəzində olub. Daha sonra iştirakçılar mühəndislik həlləri, enerji idarəçiliyi, gənclərin liderliyi, süni intellekt, yaşıl iqtisadiyyat və enerji maliyyələşməsi kimi mövzular üzrə işçi qruplarında müzakirələr aparıblar.






İlk şərhi yaza bilərsiniz