Son yeniləmə: 17 Noyabr 2026
BAYRAQDAR MEDİA – Qış axşamlarının sevilən küçə təamlarından olan qovrulmuş şabalıd bu mövsüm Türkuyədə qiymət artımı ilə gündəmə gəlib. Ötən il kiloqramı 750 lirəyə satılan şabalıdın qiyməti artan xərclər və məhsuldarlığın azalması səbəbindən bu il 1000 lirəyə çatıb.
Bu barədə gunhaber.com.tr saytı məlumat yayıb.
Bildirilib ki, şabalıd istehsalı və ticarətinin əsas mərkəzlərindən sayılan Bursada satıcılar həm xərclərin artmasından, həm də alıcılıq qabiliyyətinin azalmasından şikayətlənirlər. Hazırda şabalıdın yarım kiloqramı 500, 100 qramı isə 100 lirəyə satılır.
Bursada 18 ildir bu sahədə çalışan satıcı Ahmet Yılmaz qiymət artımının onların iradəsindən asılı olmadığını bildirib. Onun sözlərinə görə, xam şabalıdın alış qiymətinin, kömürün və işçi qüvvəsinin bahalaşması satış qiymətini artırmağa məcbur edib.






İlk şərhi yaza bilərsiniz