Press "Enter" to skip to content

“Startap” şəhadətnaməsi almış KOB subyektlərinin sayı 300-ü ötüb

Son yeniləmə: 17 Noyabr 2026

BAYRAQDAR MEDİA – “Startap” şəhadətnaməsinin verilməsi məqsədilə yaradılmış Ekspertlər Şurasının növbəti iclaslarında təqdim olunan layihələrə baxılıb. Nəticədə daha bir qrup KOB subyektinə “Startap” şəhadətnaməsi təqdim edilib.

“Startap” şəhadətnamələri fiziki və hüquqi şəxslərin informasiya texnologiyaları və süni intellekt, elektron ticarət və maliyyə texnologiyaları, təhsil, səhiyyə, kənd təsərrüfatı, logistika və nəqliyyat, turizm, reklam və marketinq, hüquq və biznes xidmətləri, tədbirlərin təşkili və digər xidmət sahələrində rəqəmsal platforma və innovativ həllərin hazırlanması üzrə layihələrinə təqdim edilib.

Bununla da “Startap” şəhadətnaməsi almış KOB subyektlərinin sayı 345-ə çatıb. “Startap” şəhadətnaməsi almış KOB subyektləri sənədi aldıqları tarixdən etibarən 3 il müddətinə innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən azad olunurlar.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.