Press "Enter" to skip to content

Erciyes Universitetində Gənclik parkı açılıb

BAYRAQDAR MEDİA – Erciyes Universitetinin ərazisində Melikqazi Bələdiyyəsinin dəstəyi ilə inşa olunan Gənclik parkının açılışı keçirilib. Mərasimdə universitetin rektoru professor Fatih Altun, Melikqazi Bələdiyyəsinin sədri dosent Mustafa Palancıoğlu, rektor müavinləri, akademiklər və tələbələr iştirak ediblər.

Rektor Fatih Altun parkın universitetə qazandırılmasına görə bələdiyyə sədrinə təşəkkür edib. O, tələbələrin kampusda daha səmərəli vaxt keçirmələri və universitetin daha rahat, yaşıl mühitə çevrilməsi istiqamətində işlərin davam etdirildiyini bildirib. Altun Ərciyəs Universitetinin GreenMetric reytinqində dünya universitetləri arasında 63-cü, Türkiyədə isə üçüncü yerdə olduğunu qeyd edib.

Mustafa Palancıoğlu universitetin uğurlarından qürur duyduğunu və ona dəstəyin davam etdiriləcəyini bildirib. Açılış lentinin kəsilməsindən sonra qonaqlara yemək və şirniyyat təqdim olunub, Aybüke və Sefanın iştirakı ilə konsert keçirilib.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.