Press "Enter" to skip to content

Ceyhun Bayramovla Bianka Odumeqvu-Ocukvu arasında telefon danışığı

BAYRAQDAR MEDİA – Oktyabrın 5-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Nigeriya Federal Respublikasının xarici işlər naziri Bianka Odumeqvu-Ocukvu arasında telefon danışığı baş tutub.

Xarici İşlər Nazirliyindən bildirilib ki, nazirlər Azərbaycan-Nigeriya ikitərəfli münasibətlərinin inkişaf perspektivləri, qarşılıqlı maraq doğuran məsələlər, habelə çoxtərəfli platformalarda əməkdaşlıq gündəliyi barədə fikir mübadiləsi aparıblar.

Bu çərçivədə İslam Əməkdaşlıq Təşkilatı (İƏT), Qoşulmama Hərəkatı, Parlamentlərarası İttifaq, D-8 və digər platformalarda əməkdaşlığın əhəmiyyəti qeyd olunub, qarşılıqlı dəstəyin və əlaqələndirmənin gücləndirilməsinin vacibliyi vurğulanıb.

Ceyhun Bayramov Azərbaycanın Afrika ölkələri ilə əlaqələrin inkişafını xarici siyasətinin prioritet istiqamətlərindən biri kimi nəzərdən keçirdiyini qeyd edib. Bu çərçivədə Nigeriya ilə siyasi, iqtisadi, humanitar və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi, o cümlədən Azərbaycanın təqaüd proqramları çərçivəsində Nigeriya vətəndaşları üçün yaradılan imkanların əhəmiyyəti vurğulanıb.

Tərəflər, həmçinin regional və beynəlxalq gündəlikdə duran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.