BAYRAQDAR MEDİA – Kuzey Kıbrısın Yakın Doğu Universiteti 2026–2027-ci tədris ilinin açılışını KKTC Ali Məhkəməsinin sədri Bertan Özerdağın iştirakı ilə keçirib. Yeni akademik ilin ilk dərsində Özerdağ “Avropa İnsan Hüquqları Konvensiyası çərçivəsində ədalətli məhkəmə araşdırması hüququ” mövzusunda çıxış edib.
O, hüququn aliliyi, məhkəmələrin müstəqilliyi və qərəzsizliyi, fundamental hüquq və azadlıqların qorunmasının əhəmiyyətini vurğulayıb. Süni intellekt və rəqəmsal texnologiyaların hüquq sahəsində yaratdığı yeni problemlərə də toxunan Özerdağ texnoloji dəyişikliklər fonunda ədalətli məhkəmə araşdırmasının əsas təminatlarının qorunmalı olduğunu bildirib.
Mərasimdə universitetin rəhbərliyi, akademiklər, tələbələr və Şimali Kiprin ali təhsil qurumlarının nümayəndələri iştirak ediblər. Universitetin süni intellekt əsasında fəaliyyət göstərən akademiki professor DUX da çıxış edərək texnologiyanın insanlığın faydasına istifadə edilməsinin vacibliyini qeyd edib.






İlk şərhi yaza bilərsiniz