BAYRAQDAR MEDİA – Osmaniye Korkut Ata Universiteti beynəlxalq akademik əməkdaşlıqlarını genişləndirmək məqsədilə Pekində keçirilən CACIE 2026 – Çin Beynəlxalq Təhsil üzrə İllik Konfrans və Sərgisi, eləcə də CEE 2026 – Çin Təhsil Sərgisində iştirak edib.
Bu barədə universitetin məlumatında qeyd edilib.
Bildirilib ki, oktyabrın 29-31-də keçirilən tədbirlərdə universiteti rektor, professor Turgay Uzun və rektor müavini, professor Ceyhun Yükselir təmsil ediblər. Müxtəlif ölkələrin ali təhsil müəssisələrini və təhsil rəhbərlərini bir araya gətirən tədbirlər çərçivəsində universitet nümayəndələri bir sıra ali məktəblərin təmsilçiləri ilə görüşüblər.
Görüşlərdə universitetin akademik imkanları və beynəlmiləlləşmə hədəfləri barədə məlumat verilib, ortaq fəaliyyət istiqamətləri və əməkdaşlıq imkanları müzakirə olunub. Aparılan danışıqlar nəticəsində bir sıra ali təhsil müəssisələri ilə ikitərəfli əməkdaşlıq sazişlərinin imzalanması barədə ilkin razılıq əldə edilib.






İlk şərhi yaza bilərsiniz